Dünya

Koronavirus barədə məşhur mif rədd edildi

Koronavirus barədə məşhur mif rədd edildi
 Lombardiya (İtaliya) klinikasının intensiv terapiya şöbəsinin müdiri Antoni Pesenti, koronavirus infeksiyasının ağır formalarının yalnız yaşlı insanlarda göründüyünə dair populyar inamı rədd edib.

Həkimin sözlərinə görə, onun şöbəsində vəziyyəti ağır kimi qiymətləndirilən koronavirus xəstələrinin yarısının yaşı 65-ə çatmayıb.

"Bizim 20 və 30 yaşlarında xəstələrimiz var. Onların sayı çoxdur, onlar da yaşlılarla eyni ağır vəziyyətdədirlər”, - deyə Pesenti vurğulayıb.

Antoni Pesentinin sözlərinə görə, yoluxan təqaüdçülər və gənclər arasında yeganə fərq gənclərin sağlam olması, daha az xəstəliklərdən əziyyət çəkməsidir: "Bu səbəbdən də sağ qalma nisbəti onlarda daha çoxdur”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X