Maraqlı

Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?

Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?
 Çinli alimlər koronavirusa (COVID-19) yoluxan xəstələrin vəziyyəti barədə açıqlama veriblər.

Koronavirus aşağı tənəffüs yollarına təsir etdiyindən yoluxmuş insanların əksəriyyətində quru öskürək, nəfəs darlığı və ya sətəlcəm müşahidə edilir. Bu səbəbdən COVID-19-un əsas təsirlərindən biri ağciyər zədələnməsidir. Mütəxəssislərin sözlərinə görə, bəzi xəstələrdə sağaldıqdan sonra bu orqanın funksiyası 20-30 faiz zəifləyə bilər.

Xəstəliyin təhlükəli nəticələri arasında ağciyər fibrozu da xüsusi vurğulanıb. Vaxt keçdikcə yara toxuması ağciyərlərin bir hissəsinin məhvinə səbəb olur və oksigenin qana daxil olmasını çətinləşdirir. Koronavirusdan sağalmış şəxs məşq zamanı nəfəs darlığı şəklində hipoksemiya (qanda oksigenin miqdarının azalması) əlamətləri ilə qarşılaşa bilər. Ancaq vaxtında tibbi müdaxilə edilərsə, ağciyər fibrozu gecikdirilə və hətta müalicə oluna bilər.

Bununla belə, toplanan məlumatlara əsasən, həkimlər sağalmış xəstələrin yeni SARS-CoV-2 infeksiyasına qarşı immunitetə sahib olduqlarına dair nəticə əldə ediblər. 

Həkimlərin fikrincə, epidemiyadan sağalmış şəxslərin SARS-CoV-2 koronavirus infeksiyasına yenidən yoluxma ehtimalı azdır.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031