No image
Maraqlı

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu
 Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və serialların siyahısı tərtib edilib.

Sfera.az xəbər verir ki, son iki həftə ərzində istifadəçilər tez-tez Stiven Soderberqin "Yoluxma” filminin səhifəsinə daxil olublar. Mett Deymon, Keyt Vinslet və Cud Lounun çəkildiyi film  2011-ci ildə işıq üzü görüb.

İkinci yerdə Qay Riçinin "Centlmenlər” adlı yeni layihəsi olub. Üçüncü yerdə Klim Şipenkonun "Nökər” komediyası gəlir. Bundan başqa, onluqda "Bladşot”, "Trollar. Dünya turu”, "Buz-2”, "Gözəgörünməz adam”,

"Belqrad Hoteli”, "Bıçaqları çıxart”, "Parazitlər” kimi lentlər də yer alıb.

İstifadəçilərin, həmçinin ötən illərin "Yaşıl kitab”, "Başlanğıc”, "Pərvanə”, "Harri Potter və fəlsəfə daşı”, "Epidemiya”, "28 gün sonra”, "Daşıyıcılar”, "Kokonun sirri” və "İnterstellar” kimi filmlərə marağı da artıb.

Seriallar arasında "Çağrı mərkəzi” ən populyar olub. Onun ardınca "Son nazir” və "Maqomayev” gəlir. (oxu.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930