Dünya

Koronavirusa görə karantinə alınan qız intihar etdi - FOTO

Koronavirusa görə karantinə alınan qız intihar etdi - FOTO
 Koronavirusa görə karantinə alınan 19 yaşlı qız intihar edib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Böyük Britaniyada qeydə alınıb.

Məlumata görə, Emili Ouen intihardan bir neçə gün əvvəl karantinin koronavirusdan daha çox insan ölümünə səbəb olacağını deyib. Tanışlarının sözlərinə görə, ətrafda hər şeyin qapanması, planların ləğv olunması qız üçün ağır olub.

Emilinin ailəsinin sözlərinə görə, qız təcrid olunanların psixi vəziyyəti barədə narahatlıq hissləri keçirirmiş.

Qeyd edək ki, Böyük Britaniyada 8 mindən artıq insan koronavirusa yoluxub, bunlardan 400 nəfəri ölüb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930