Cəmİyyət

Koronavirusa görə yoxlansaq, yaxşı olar – Deputatdan təklif

Koronavirusa görə yoxlansaq, yaxşı olar – Deputatdan təklif
 

Azərbaycanlı deputatı koronavirusa görə xaricdə yoxlayıblar

 

Koronavirus səbəbindən bir çox ölkələrdə sərhədlər bağlanıb, aviareyslər təxirə salınıb.

 

Qonşu İranda xəstəliyin miqyası daha təhlükəli şəkil almaqdadır. Bu ölkədə səhiyyə nazirinin müavini də koronavirusdan dünyasını dəyişib.

 

Ümumilikdə, İranda ölənlərin sayı  66  nəfərə çatıb.

 

Hətta İran parlamentinin deputatları koronavirusa görə müayinə edilib. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.

 

Nəzərə alsaq ki, bir neçə gündən VI çağırış Milli Məclis yeni tıərkinlə fəaliyyətə başlayacaq, o zaman azərbaycanlı deputatların da koronavirus görə müayinə olunması mümkün ola bilərmi?

 

Deputatların yoxlanılması Milli Məclisin işidir

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ parlamentin daxili işidir:

"Deputatların yoxlanılaraq Milli Məclisə buraxılması parlamentin daxili məsələsidir. Deputatları yoxlaya da bilərlər, yoxlamaya da. Bununla bağlı Milli Məclis ümumi qərar qəbul edə bilər. Bizim onlara göstəriş verməyimiz doğru deyil”.

Baş infeksionist Milli Məclisin deputatlarının əksəriyyətinin dəyişdiyini də əlavə edib:

"Çoxu yeni deputatlardır. Hesab edirəm ki, onları yoxlamağa ehtiyac yoxdur. Çünki onlar hələlik rəsmi olaraq deputat kimi xarici ölkələrin tədbirlərinə qatılmayıblar”.

 

Azərbaycanlı deputatı koronavirusa görə yoxlayıblar

 

Milli Məclisin deputatı Rüfət Quliyev martın 1-də MDB Parlament Assambleyasının və MDB İcraiyyə Komitəsinin xətti ilə Tacikistanda keçirilən parlament seçkilərini müşahidə edib. O, saytımıza açıqlamasında bildirib ki, hava limanında o da yoxlanılaraq buraxılıb:

 

"Mən Moskvadan Düşənbəyə yollandım. Sadəcə hava limanında qızdırmanı yoxladılar. Əgər qızdırma normaldırsa buraxırlar. Normadan artıq hərarət varsa, dərhal digər yoxlamaları edirlər. 2 nəfər şəxs hamını bir-bir cihazlar vasitəsilə yoxlayır. Təbii ki, əgər dövlət bununla bağlı qərar versə, hamımız yoxlanacağıq. Verilən qərara hörmətlə yanaşmalıyıq”.

 

Deputatlat koronavirusa görə yoxlansa, yaxşı olar

 

Deputat Tahir Kərimli isə bildirib ki, virusdan qorunmağa qalsa, gərək təbiətdə bütün canlılar yoxlanılsın.

 

"Biz hələ ki, işə başlamamışıq. Yeni seçilmiş Milli Məclisin üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Ölkə başçısı bütün deputatların seçicilərlə görüşməli olduğu haqqında öhdəliyi xatırladıb.

 

Bütün bunları nəzərə aldıqda, güman etmək olar ki, biz seçicilərlə əvvəlkindən daha çox təmasda olacağıq. Bununla bağlı hakimiyyət orqanları ilə söhbətlərimiz də olub ki, nəyin bahasına olur-olsun, seçiciləri dinləmək onların problemlərini qaldırmaq bizim bir nömrəli vəzifəmizdir.

 

Qarşımızda bu cür böyük vəzifə durduğu halda, parlament işinə başlayana qədər xəstəlik sovuşmazsa, xalqla təmasda olan şəxslər kimi deputatların da mütəmadi yoxlanması yaxşı olardı. İstənilən halda belə bir tələbi qaldırmaq səhiyyə orqanlarının səlahiyyətindədir”.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930