Koronavirusa qarşı dərman preparatı bu qiymətə satılacaq - AÇIQLANDI

Koronavirusa qarşı dərman preparatı bu qiymətə satılacaq - AÇIQLANDI

COVİD-19-a qarşı "Favipiravir” preparatının son qiyməti razılaşdırılıb.


Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, reyestrdə patentləşdirilməmiş beynəlxalq kimyəvi adı "Favipiravir” kimi qeyd olunanCOVİD-19-a qarşı prepareatın 1 bağlaması maksimum 5,5 min rubla (red. təxminən 140-150 Azərbaycan manatı civarında) satılacaq. Amma regionlarda bu qiymət bahalığa doğru dəyişə bilər.

 

Bu haqda Rusiya Federal Antiinhisar Xidməti (red.FAX) məlumat verib.

 

"Bir həbin qiymətinin 100 rubla (red. 2,1731 AZN) hesablanması Səhiyyə Nazirliyinin dərman məhsullarının siyahılarının formalaşdırılması üzrə komissiyasının bütün üzvləri, eləcə də dərman məhsulları istehsalçılarının nümayəndələri tərəfindən qəbul edilib.

 

Əlavə ödənişlər nəzərə alınmaqla dərmanın paytaxtdakı maksimum pərakəndə satış qiyməti, ƏDV daxil olmaqla (50 həb) 6.875 rubl (təxminən 160-170 manat civarında) ola bilər", - deyə FAX-də qeyd ediblər


Bu gün Moskva əczəxanalarında "Favipiravir” i 11-16 min rubla (təxminən 340 manat civarında ) almaq olar. Beləliklə, preparatın maksimum satış qiymətini 50 faizdən çox azaldıblar.

 

Qeyd edək ki, sentyabr ayında Ruisiya Səhiyyə Nazirliyi koronavirusa qarşı iki yerli preparatın ambulator istifadəsinə icazə verib. Bunlar, "R-Farm” şirkətinin istehsalı olan "Favipiravir”-"Koronavir” və "Promomed” şirkətinin istehsalı olan "Areplivir”dir. Bu vaxtadək adıçəkilən preparatlardan yalnız stasionar müalicə zamanı istifadə olunurdu.

 

Bu yaxınlarda "Favipiravir” həm də həyat əhəmiyyətli dərmanlar siyahısına əlavə edilib.


Selcan

Sfera.az

 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031