Maraqlı

Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO-VİDEO

Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO-VİDEO
 Çinin Şanxay şəhərində 30 yaşlı bir ata çölə çıxarkən övladını koronavirusdan müdafiə etmək üçün qeyri-adi ixtiraya imza atıb. Onun yeni layihəsi hamı tərəfindən bəyənilib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Bai Ying adlı şəxs uşağı təhlükəsizlik şəraitində saxlayan və daşına bilən kapsul hazırlayıb. Yeni qurğu hava filtri, içəridə karbondioksid sıxlığını və istiliyi göstərən monitor, həmçinin valideynlərin uşağa təmas etmədən toxunmasına imkan verən steril bir əlcəklə təchiz olunub.
 
Bai Ying yeni ixtirası barədə danışarkən uşaqların tənəffüs sisteminin zəif olduğundan maska taxmağın onlarda oksigen çatışmazlığına səbəb ola biləcəyini deyib. 

O, kapsulu "Death Stranding” video oyununa baxaraq hazırladığını vurğulayıb.

Bai Ying kapsuldan daha çox istehsal etmək üçün artıq bir firma ilə danışıqlara başladığını əlavə edib.


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031