AKTUAL

Koronavirusdan sonra dəhşətli müharibə başlaya bilər... - ABŞ QƏRARINI VERDİ...

Koronavirusdan sonra dəhşətli müharibə başlaya bilər... - ABŞ QƏRARINI VERDİ...
 

"ABŞ-ın nüvə sınaqlarını yeniləməsi ciddi narazılığa, hətta qarşıdurmalara səbəb ola bilər".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın nüvə sınaqlarının yenilənməsi üçün müzakirələrə başladığı haqda informasiyanı şərh edərkən deyib:

"ABŞ nüvə sınaqlarını yeniləməsi ilə bağlı qərarını açıqladıqdan sonra buna ilk etiraz edən ölkə Çin oldu. Çünki ABŞ-ın daha çox hərbi gücə sahib olması ən çox Çin və Rusiyanı narahat edir. Fikirimcə, qərara bu iki ölkə daha sərt reaksiya verəcək”, - deyə Ə. Məmmədli bildirib.

Politoloq bildirib ki, ABŞ-ın bu qərarının arxasında başqa məqsədlər də ola bilər:

"Nüvə silahına sahib olmaq üçün yüksək vəsait lazımdır. Çinin maliyyə imkanları olsa da, Rusiyanın hazırki durumunu nəzərə alaraq, bunu deyə bilmərik. Bu baxımdan düşünürəm ki, ABŞ Rusiyanı rəqabətə çəkərək, onu maddi baxımdan çıxılmaz vəziyyətə salmağa çalışır. Yaxın keçmişə nəzər salsaq, ABŞ-ın bunu bir neçə dəfə etdiyini görə bilərik”.

Politoloq Türkiyənin ABŞ-ın bu qərarına münasibəti haqqında da danışıb:

"Təbii ki, Türkiyə üçün də nüvə gücünə sahib olmaq çox önəmli məsələdir. Məhz bu gücə sahib olmaq üçün Rusiya ilə yaxınlıq edir. Çünki müsassir dünyada güclü dövlətlər siyahısına daxil olmaq istyirsənsə, nüvə silahına sahib olmalısan. Türkiyə də daxil olmaqla, bu silahı əldə etmək istəyən bir çox dövlətin ABŞ-ın qərarına ehtirazı olacaq”.

Qeyd edək ki, bir çox siyasi ekspertlər ABŞ-ın bu qərarının koronavirusdan sonra dünyada qanlı müharibələrə səbəb olacağını iddia edirlər.


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031