Cəmİyyət

“Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” - Oqtay Şirəliyev

“Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” - Oqtay Şirəliyev
 "Koronavirusu müəyyənləşdirən ilk testlər Almaniyanın bir neçə laboratoriyasında tətbiq olunurdu. Biz həmin testləri gecə ilə Türkiyədən gətirdik. Xəstəliyin gedişatı onu göstərir ki, ciddi rejim olmasa, vəziyyət dəyişə bilər”.  

Sfera.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan "Hədəf” televiziya proqramında qonaq olarkən deyib.  

Onun sözlərinə görə, ciddi rejim olmasa inkişaf etmiş ölklərində səhiyyəsi bunun qarşısını ala bilməz: "İlk 60-65 gün ərzində dünyada 100 min insan xəstələndi. 10 gün ərzində daha 100 min nəfərdə yoluxma hadisəsi oldu. Ölüm halları artdı. Bu, ilk infeksiya deyil. H1N1 virusu, "Ebola” və s. viruslar yayılan ərəfələrdə də biz qabaqlayıcı tədbirlər görmüşdük.  

Həmin ərəfələrdə də qəbul olunan qərarlar böyük həssaslıqla hazırlanırdı. Qəbul edilən qərarların birinci məqsədi virusun geniş yayılmasının qarşısını almaq, ikinci məqsəd isə bu müddət ərzində əlavə problemlər yaranmaması idi”. 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930