AKTUAL

Koronavirusun 2-ci dalğasının yayılacağı 10 ölkənin adı açıqlandı — SİYAHI

Koronavirusun 2-ci dalğasının yayılacağı 10 ölkənin adı açıqlandı — SİYAHI
 

Böyük Britaniyanın Oksford Universitetinin alimləri COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adını açıqlayıblar.

Sfera.az xəbər verir ki, araşdırma 45 ölkəni əhatə edib.

İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır.

Adı qeyd edilən ölkələrdə karantin qaydalarının may ayından yumşaldılmağa başladığı bildirilir.

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderlandda yumşaldılmaya baxmayaraq, yoluxma sayının azaldığı və ya olmadığı qeyd olunur.

Bununla yanaşı, həmin ölkələrdə də yoluxma sayının artımına diqqət edilməsi, onların izlənilməsi və nəzarətdə saxlanılması tövsiyə olunur. (modern.az)

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031