Sağlıq

Koronavirusun qalıcı ZİYANLARI

Koronavirusun qalıcı ZİYANLARI
 Miçiqan Universitetinin neyrobioloqu Natali Tronson koronavirusun xəstələrin sağlamlığına vurduğu qalıcı ziyanlarından danışıb.

Sfera.az xəbər verir ki, alimin bu barədə tədqiqatı "MedicalXpress" jurnalında dərc edilib. Mütəxəssis bəzi hallarda SARS-COV-2-nin beynə təsirinin xəstəliyin ən ciddi nəticələrindən biri olduğunu söyləyib. Məsələn, xəstəliyin səbəb olduğu beyinə uzunmüddətli təsirlərə mialji ensefalomielit (və ya xroniki yorğunluq sindromu) və Guillain-Barre sindromu aiddir. Bu zaman periferik sinir sisteminin autoimmun pozğunluğu sürətlə irəliləyir.

Həkim həmçinin koronavirusun bir çox əlamətinin əslində immun sisteminin müdafiə reaksiyaları ilə əlaqəli olduğunu izah edib. Məsələn, burun axması koronavirusun birbaşa təsiri deyil, immun sisteminin ona verdiyi reaksiyanın nəticəsidir. Beyində cavabdehlik daşıyan immun hüceyrələrin aktivləşməsi səbəbindən titrəmə, süstlük, yorğunluq və qızdırma baş verir. (publika.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930