Koronavirusun yox olacağı vaxt açıqlandı

Koronavirusun yox olacağı vaxt açıqlandı
 

Koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər.

Sfera.az  xəbər verir ki, bunu "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts deyib. O, virusa qarşı ilk peyvəndin gələn ilin əvvəllərində istifadəyə hazır olacağını ehtimal etdiyini də deyib.

Ancaq peyvənddən sonra həyat dərhal normal vəziyyətinə qayıtmayacaq. Bunun üçün ən azı bir il daha lazım olacaq. Virusla mübarizə 2022-ci ilin sonlarına kimi davam edəcək. 

Xatırladaq ki, ilk olaraq ötən ilin dekabrında Çinin Hubey əyalətində ortaya çıxan virus bu günə kimi 100 minə yaxın insanın ölümünə yol açıb. 31 milyondan çox insan isə virusa yoluxub. Bill Qeyts pandemiya dövründə ən çox müzakirə edilən şəxslərdən biri olub. İddialar arasında virusun onun tərəfindən yaradıldığı da var. 

(baku.ws)

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031