İdman

Kral klubu Beyli çox ucuz qiymətə satır

Kral klubu Beyli çox ucuz qiymətə satır
 

İspaniyanın "Real-Madrid” klubu hücumçu Qaret Beyli İngiltərənin "Nyukasl Yunayted” futbol klubuna 20 milyon avroya satmağa hazırdır.

Sfera.az  xəbər verir ki, bu barədə "Marca” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 30 yaşlı Beyl "Real”ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.

"Nyukasl”da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.

Xatırladaq ki, ingilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.

Qeyd edək ki, Beyl "Tottenhem”dən "Real”a 101 milyon avroya transfer olunub.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031