Dünya

Kralın qardaşı və qardaşı oğlu dövlətə xəyanətə görə saxlanıldı

Kralın qardaşı və qardaşı oğlu dövlətə xəyanətə görə saxlanıldı

Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdül Əziz Əl Səudun qardaşı və qardaşı oğlu dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Sfera.az  İnterfaks-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr mənbələrə istinadən Əhməd bin Əbdül Əziz Əl Səud və Məhəmməd bin Naifin dünən səhər saatlarında qaldıqları evdə saxlanıldıqlarını yazıb.

Qeyd olunur ki, 2015-ci ildə taxta çıxdıqdan sonra Səudiyyə kralı səlahiyyətlərini genişləndirməyə, kral ailəsinin hakimiyyət iddiası olan üzvlərini həbs etdirməyə başlayıb və bunu korrupsiyaya qarşı mübarizə ilə izah edib.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında korrupsiya ilə əlaqədar işlərdə iki yüzdən çox şahzadə, siyasətçi və iş adamı həbs edilmişdi. Onlar Ər-Riyaddakı "Ritz Carlton" hotelində keçirilib. Onların əksəriyyəti milyardlarla dollar dəyərində kompensasiya ödəməklə sərbəst buraxılmışdı. (report)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930