Sİyasət

Kreml və Parisin “yeni təşəbbüslər"i nəyi nəzərdə tutur? - "Hamısı Azərbaycanın əleyhinədir"

Kreml və Parisin “yeni təşəbbüslər
"Kreml Parisdən "yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər ( Fransa prezidenti Makron və Rusiya prezidenti Putin) hər hansı "yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Rusiya prezidentinin mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi:

"Bunlar edilməyibsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı "yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada "yeni təşəbbüslər” cümləsinə istinad ediblər”.

E.Şahinoğlu Fransanın Ermənistandakı səfiri Conatan Lakotun "Armenpress” agentliyinə müsahibəsində "Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər” açıqlamasına da münasibət bildirib. O xatırladıb ki, diplomatın sözlərinə görə, Fransa prezidenti "hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb:

"Səfir deyib ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir. Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycanın əleyhinədir. Fransa rəsmiləri və diplomatları "hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələri əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub”.

Günay
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31