Cəmİyyət

KTN rəsmisi çəyirtkələrin Azərbaycana hücumunu təsdiqlədi: “QAPIMIZIN AĞZINDADIRLAR...”

KTN rəsmisi çəyirtkələrin Azərbaycana hücumunu təsdiqlədi: “QAPIMIZIN AĞZINDADIRLAR...”

"Mərakeş çəyirtkələri nəinki sərhədimizə yaxınlaşıb, hətta ümumiyyətlə ölkəmizdə onların kökü var. Hər ilin aprel-may aylarında həmin çəyirtkələrin fəallaşdığının şahidi oluruq”.


Sfera.az-a açıqlamasında bu sözləri bitki kütləsini kütləvi şəkildə məhv edən Mərakeş çəyirtkələrinin Azərbaycan sərhədinə yaxınlaşmaları barədə gəzən söz-söhbətə aydınlıq gətirərkən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib:

 

"Ölkələri lərzəyə salan bu çəyirtkə Mərakeş təhlükəsidir. Əslində bu çəyirtkələr uzun illərdir, Azərbaycanda var. Vaxtilə Gürcüstan vasitəsilə Azərbaycana miqrasiya edərək burada məskunlaşıblar. Bu çəyirtkələr qış dövründə yeni nəsil qoyur və aprel ayında yeniləşir. Onların əsas aktivlik fövrü də aprelin birinci ongünlüyündədir. Bu zaman onlar əsasən kənd təsərrüfatı bitkiləri və meyvə bağlarında çiçəkləri yeməklə qidalanır və sürətlə böyüyürlər. Təxminən ikinci həftədə uçuşa başlayır və bir uçuşda 200-250 km məsafə qət edib, bitkiçilikdə yaşıl kütləyə hər hektara görə, 30-40 faiz ziyan vururlar”.

 

Şöbə müdiri bildirdi ki, Mərakeş çəyirtkəsi daha çox Azərbaycanın Qərb bölgəsində, Ceyrançöl ərazisində, Küdrü, Haramı düzündə, İmişli rayonunda yayılıb: "Yəni, onlar əsasən şumlanmayan və əkilməyən torpaqlarda məskunlaşırlar”.

 

N. Nəsirlinin fikrincə, bu çəyirtkələrə qarşı ən effektiv mübarizə kimyəvi metodlarla aparılan mübarizədir: "Onlara qarşı effektiv mübarizə yayda biçindən sonra və qışda dondurma şumlanmasının aparılmasıdır. Bu zaman onlaırn yuvaları əsasən dağılır. Lakin onlara qarşı mübarizədə daha təsirli vasitə dövlət hesabına kimyəvi metodlarla aparılan mübarizədir. Aprelin ortasından başlayaraq mayın sonuna qədər kimyəvi metodlarla çəyirtkələrin məhv olunması prosesinə start veriləcək”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930