Sİyasət

Latviya Seyminin deputatı Gəncənin raket atəşinə tutulmasını pisləyir

Latviya Seyminin deputatı Gəncənin raket atəşinə tutulmasını pisləyir
Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir və ölkəmizin dostlarının hiddətinə səbəb olur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az verilən məlumata görə, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinş Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə məktub ünvanlayıb. Həmin məktubda Gəncə şəhərinin raket atəşinə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması və terror aktı qəti şəkildə pislənilir.

Qeyd edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.
 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031