Sİyasət

"Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq" - ŞƏRH

"Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri əsasən,  Qarabağla bağlı prosesi aktivləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına üzvlüyə cəlb etmək üçün danışıqlar aparmaqdır”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, Rusiya çalışır ki, ABŞ -ın regiona daxil olmasının qarşısını alsın:

"ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət bundan əvvəl Ermənistana zəngi və ötən gün Azərbaycan prezidentinə zəngi Vaşinqtonun regionda maraqlarının artmasına işarədir.  Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda fəallığı Rusiyanı narahat edir. İlk növbədə Sergey Lavrov Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif  edəcək. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyü ilə bağlı şərtlər irəli sürəcək”.

M.Əsədullazadə xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında "İsgəndər" raketləri və sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı da problemlər var:

"İlk növbədə Azərbaycan Lavrovdan raketlə bağlı izahat tələb etməlidir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı konkret cavablar olmalıdır.  Rusiya separatçını Moskvaya aparır və onunla danışıqlar aparır. Rusiya sülhməramlıları fransalı deputatların Qarabağa keçidinə icazə verir. 

Sergey Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycan Rusiyanın layihələrində yer almaq üçün təklifə konkret cavab verməyəcək. Çünki, Rusiyanın fəaliyyəti hazırda əldə olunan razılaşmaların əleyhinədir”.

Günay
Sfera.az

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31