Hadİsə

Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atdı

Lənkəranda gənc qadın özünü 3-cü mərtəbədən atdı
Lənkəranda intihar hadisəsi baş verib.

Sfera.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Zövlə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rəsilə İlqar qızı Əsədova özünü yaşadığı evin 3-cü mərtəbəsindən ataraq intihar edib. Müxtəlif dərəcəli xəsarətlər alan R.Əsədova təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. R.Əsədova ailəlidir, iki övladı var. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31