AKTUAL

Ölkədə ikinci ən çox maaş alan şəxs kimdir? - FOTO

Ölkədə ikinci ən çox maaş alan şəxs kimdir? - FOTO
 

Bildiyimiz kimi, Azərbaycanda ən yüksək əmək haqqını dövlət başçısı alır.

Sfera.az  xəbər verir ki, ölkə başçısının aylıq vəzifə maaşı 15 000 manat təşkil edir.

Ölkə Prezidentindən sonra ən yüksək əmək haqqı ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilirdi. Ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alırdı. Eyni zamanda bu vəsaitin üzərinə əmək haqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir.

Məlumat üçün bildirək ki, Gürsel İsmayılzadə ilk dəfə 16 avqust 2011-ci ildə AR Prezidentinin sərəncamı ilə AR-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev 15 yanvar tarixində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadənin vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Bu gün Prezidentin sərəncamına əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadənin yenidən Yaponiyaya səfir təyin edilib. (mediapost)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031