Gündəm

Ölkənin qatarlarında karantin rejiminin tələblərinə əməl edilirmi? - VİDEO

Ölkənin qatarlarında karantin rejiminin tələblərinə əməl edilirmi? - VİDEO
 "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib. Hazırda həmçinin Bakı ilə Sumqayıt arasında sərnişin qatarının fəaliyyətinin zəruri hesab edərək bu istiqamətdə qatarlar fəaliyyət göstərir.

Sfera.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova "Real TV”-yə Sumqayıt-Pirşağı sərnişin qatarında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri təqdim edib.

Qatarlarda və stansiyalarda fəaliyyət göstərən əməkdaşlar barədə bildirib ki, fəaliyyəti zəruri olan müəssisədə çalışan şəxslərin sağlamlıq məsələlərinə böyük diqqət ayrılır. Onlar hər gün tibbi maska və əlcəklərlə təmin edilirlər. Hər gün maşinist, bələdçilər və heyət gündəlik müəyyən yoxlanışlardan keçir və bundan sonra işə başlayırlar.

Natəvan Bayramova bildirib ki, Bakı sərnişin vağzalında virusun yayılmasının qarşısını almaq üçün aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi avadanlıq quraşdırılıb: " Fərdi qoruma vasitəsi olan bu avadanlıq məhlullarla təmin edilib. Vağzalın ərazisindən istifadə edənlər, qatarlara minmək istəyən sərnişinlər əllərini bu məhlullar vasitəsilə təmizləyə bilərlər”.
Bununla yanaşı, video sujetdə vurğulanır ki, ölkənin qatarlarında karantin qaydalarına əməl edilir,  qatar daxilində oturacaqlarda məsafə gözlənilir. 
ADY-nin Mətbuat katibliyi şöbəsinin rəisi qatarlarda dezinfeksiya işləri qatar tamamilə boşaldıqdan sonra həyata keçirildiyini vurğulayıb: "Bundan sonra, qatarlar hazırlıq vəziyyətinə gətirilir ki, növbəti sərnişin daşınmasına hazır olur”.

Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031