Dünya

Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı
 Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 7-də respublikanın səhiyyə sisteminin koronavirusun yayılması təhlükəsinin qarşısının alınmasına hazırlığı barədə məruzə ilə tanış olub.

Sfera.az xəbər verir ki, dövlət başçısı Belarusda koronavirusla bağlı statistikanı açıqlayaraq, bunda heç bir "fəlakət” görmədiyini bildirib:

"Bu gün bizdə 794 nəfər xəstəxanaya yerləşdirilib, 31 nəfər mexaniki ventilyasiya aparatına qoşulub. Burda heç bir fəlakət yoxdur”.

Eyni zamanda, Belarusda koronavirusa yoluxanların sayının artmasına diqqət çəkən Lukaşenko bunun qarşısının alınmalı olduğunu deyib. (oxu.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930