Dünya

Ölüm anını “Facebook”un canlı yayımında 4000 adam izlədi - FOTO + VİDEO

Ölüm anını “Facebook”un canlı yayımında 4000 adam izlədi - FOTO + VİDEO
 21 yaşlı gənc "Facebook”da canlı yayım edərkən polislər tərəfindən öldürülüb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə ABŞ-ın İndlianapolis şəhərində baş verib.

Məlumata görə, polislər ştatlararası magistralda qaydalara riayət etməyən sürücünün arxasınca düşüblər.

Həmin vaxt avtomobil sahibi "Facebook Live”da canlı yayım edirmiş.
 
Kadrlarda sükan arxasında hüquq mühafizəçilərindən necə qaçdığını danışan gəncin bir müddətdən sonra maşından düşərək sürətlə uzaqlaşdığı görünür. Daha sonra atəş səsi eşidilir və gənc qışqıraraq yerə yıxılır.

Bütün baş verənləri "Facebook”un canlı yayımında 4 mindən artıq insan izləyib.

Hadisə böyük etirazlarla qarşılanıb.


XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30