Sİyasət

Ülvi Quliyev: "Azad Rəhimov idman camiyəsində mənəvi saflığın yüksəlməsinə xidmət etdi"

Ülvi Quliyev:
Milli Məclisin deputatı, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
 
Deputat Sfera.az-a bunları bildirib:
 
”Azad müəllimin vaxtsız ölüm xəbəri idman ictimaiyyətinin nümayəndələrindən biri kimi məni də sarsıdıb. Azad müəllim yüksək təşkilatçılıq qabiliyyəti ilə yanaşı, səmimi insani keyfiyyətləri ilə ölkə idmanının inkişafında mühüm rol oynadı, idman camiyəsində mənəvi saflığın yüksəlməsinə xidmət etdi. Əminəm ki, onun bu xidmətlərini və əziz xatirəsini idmançılarımız və gənclərimiz unutmayacaqlar, xatirələrində bundan sonra da yaşadacaqlar. Dərin hüznlə Azad müəllimin ailə üzvlərinə, doğmalarına və idman ictimaiyyətinə başsağlığımı bildirirəm. Allah rəhmət eləsin”.
 

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31