Sİyasət

"Mandatdan imtina etməyəcəyəm" - Erkin Qədirli

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.

E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.
 

O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930