No Image
No Image

Maradonanın karyerası ərzində qazancı məlum oldu

Maradonanın karyerası ərzində qazancı məlum oldu
Əfsanəvi futbolçu Dieqo Maradona karyerası ərzində 500 milyon ABŞ dolları qazanıb.

Sfera.az-ın məlumatına görə, argentinalı ulduzdan paytaxt Buenos-Ayres və şəhər kənarında 5 mülk və 4 avtomobil miras qalıb. Onun aktivləri müxtəlif ölkələrə səpələnib. Maradonanın İtaliya, Kuba və Venesueladakı müəssisələri barədə az bilgilər var.

Bundan başqa mərhum Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 500 min avroluq avtomobillər saxlayıb. Ona Brest "Dinamo"sunun fəxri prezidenti olduğu vaxt Belarusda "Hunta Overcomer" markalı amfibiya yük maşını, habelə 300 min avroluq brilliant üzük hədiyyə olunub.

Maradonanın bir neçə iri şirkətlə, o cümlədən, "Puma" və "Konami", "EA Sports" kimi kompüter oyunları istehsalçıları ilə müqavilələri olub.

Lakin ümumi hesablamalara əsasən, əfsanəvi futbolçunun cari əmlakı 75 - 100 milyon avro olub. Habelə, 200 milyon ABŞ dolları səsləndirilir. Amma bu məbləğdən böyük vergi çıxılmalıdır.

Daha əvvəl dostu, argentinalı jurnalist Luis Ventura Maradonanın demək olar ki, heç nəyinin qalmadığını açıqlayıb. O bildirib ki, mərhumun əmlakının bir hissəsi oğurlanıb, qalanlarını isə özü paylayıb və "Ximnasiya"nın baş məşqçisi kimi aldığı adi əmək haqqı ilə dolanıb. 2019-cu ildə Maradona heç bir miras qoymayacağını və bütün vəsaitini xeyriyyəçiliyə sərf edəcəyini açıqlayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürək tutmasından dünyasını dəyişib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”

"Dünya növbəti pandemiyaya hazır deyil”. Sfera.az-ın məlumatına görə, bunu "Microsoft” korporasiyasının qurucusu Bill Qeyts deyib. B. Qeyts ümid edi...

Jurnalistlər ilk dəfə Putinin Drezdendəki evində oldu - FOTO

Rəsmi Kreml Rusiyanın Gelencik şəhəri yaxınlığında milyardlarla dəyəri olan sarayın prezident Vladimir Putinə aid olduğunu təkzib etsə də, dövlət başçısı Almani...

Ermənilər Rusiyaya qaçmağa hazırlaşırlar

"Rusiya fevralın 1-dən ermənilər üçün öz qapılarını açacaq. Əgər hazırda ölkəmizi nə qədər insanın tərk etməyə hazır olduğunu və Rusiyaya gedəcəyini desəm, dəhş...

Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq"

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək. Sfera.az ...

Lavrov Ayvazyanla Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Rusiya ...

Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin

2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur. ...