No image
AKTUAL

Maska taxmayanları bu cəza gözləyir DİN XƏBƏRDARLIQ ETDİ

Maska taxmayanları bu cəza gözləyir DİN XƏBƏRDARLIQ ETDİ
 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən xüsusi karantin rejimi yumşaldılıb, bəzi sahələrdə fəaliyyət bərpa edilib. Eyni zamanda Tibbi Qərargah tərəfindən müxtəlif sahələr üzrə fəaliyyət zamanı riayət edilməli olan 6 metodiki göstəriş hazırlanıb.


Məsələ burasındadır ki, ictimai nəqliyyatda, qapalı məkanlarda, salon və bərbərxanlarda tibbi maskadan istifadə məcburi olsa da, əksəriyyət buna riayət etmir.

Məsələ ilə bağlı proseslərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, tibbi maskadan istifadə etməməyə görə cərimə nəzərdə tutulmur:

"Nazirlər Kabinetinin qərarında da göstərilib ki, ictimai yerlərdə, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməlidir. Xüsusi karantin rejimində xidmət göstərən polis əməkdaşları onlardan maska taxmağı tələb etmək hüququna malikdirlər. İlk növbədə xəbərdarlıq, xəbərdarlığa məhəl qoymayanlar barədə isə lazımi ölçü götürüləcək”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930