Cəmİyyət

Məcburi köçkünlər pulsuz müayinədən keçirildi

Məcburi köçkünlər pulsuz müayinədən keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə şəhərin Yeni Çələbixan qəsəbəsində məcburi köçkünlər üçünö dənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.

Sfera.az xəbər verir ki, Dövlət Komitəsindən report-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyənin davamlı inkişafı üçün həyata keçirilən tədbirlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunasını təmin edir.

Dövlət başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən keyfiyyətli tibbi xidmətlə təminatını da daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan qəsəbələrdə tibb məntəqələri də fəaliyyət göstərir.

Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət müxtəlif ixtisaslı 12 həkim tərəfindən aparılıb. Məcburi köçkünlər, ilk növbədə, koronovirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılıblar. Qızdırma, öskürək, boğaz ağrısı ilə bağlı müraciət edənlər dərhal müayinədən keçiriliblər. Bundan başqa, aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə edib. Müayinələrin nəticəsindən asılı olaraq onalara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib.

Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət aksiyasının keçirilməsi ənənəvi xarakter daşıyır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930