Krİmİnal

Məhkəmə həmyerlisini qısqanclıq zəminində öldürən şəxslə bağlı qərar verdi

Məhkəmə həmyerlisini qısqanclıq zəminində öldürən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində Şabranda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Vüsal Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, V.Hacıyevin apellyasiya şikayəti təmin edilməyib. 

İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü V.Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, V.Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.

Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

R.Hacıyev hadisə yerindəcə ölüb.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031