Cəmİyyət

Məscidlərlə bağlı - AÇIQLAMA

Məscidlərlə bağlı - AÇIQLAMA
 Bildiyiniz kimi, mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə koronavirus təhlükəsi ilə əlaqədar bir müddətlik kütləvi ibadətlərə fasilə verilməsi, ibadətlərin evlərdə və daha təhlükəsiz yerlərdə keçirilməsi ilə bağlı qərar qəbul olundu. Pandemiya ilə əlaqədar qəbul edilən bu qərar yoluxmaların artması ilə bir neçə ay da uzadıldı. Bu isə bir qrup şəxsin etirazına səbəb olmağa başladı.
 

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev və İlahiyatçı Elşad Mirinin KONKRET.az-a açıqlamasını təqdim edirik:

"İnsanların sıx toplaşdığı yerlər koronavirus pandemiyasının ən çox yayıldığı yerlərdir. Ona görə də məktəb, universitet, metro, iri ticarət mərkəzlərinin açılması bir qədər təhlükəlidir. Eləcə də, məscidlər. Hələlik yoluxma qat-qat azalıb. Yoluxma sayı kəskin şəkildə azalandan sonra bu yerlərin də açılmasına baxılmalıdır”, – deyə baş infeksionist C. İsayev bildirib.

İlahiyatçı Elşad Miri isə karantinin Aşura gününün Ramazandan öncə başladığını və o zaman da məscidlərin pandemiyaya görə bağlı olduğunu, sırf bu hadisəyə görə uzadılmadığını bildirib:

"Bu elə bir epidemiyadır ki, bu gün bəzi insanlar bunu aşura və s. kimi hadisələrlə əlaqələndirirlər. O zaman Amerikada yaşayanlar bunu pasxa ilə əlaqələndirəcəkmi, İsraildə yaşayanlar şabatlamı əlaqələndirəcək? Hər kəs nə iləsə əlaqələndirsə, karantinə nə gərək var? Yəni, ondan başqa Quranda qeyd edilən Ramazan bayramını insanlar məscidlərdə qeyd etmədilər. Quranda insanların cümə günü yığışıb namaz qılmalarını tələb etməyinə baxmayaraq insanlar karantin dövründə yığışıb namaz qılmadılar. Yəni, bu məsələlərə kimsə etiraz etmədi. Lakin kimsə bunu peyğəmbərin ölümündən on illər sonra baş vermiş hadisə ilə əlaqələndirmək doğru deyil. Məsələnin mahiyyəti ondan ibarət olmalıdır ki, həqiqətən bir insan həmin gün Kərbalada öldürülən, qətlə yetirilən, şəhid olan İmam Hüseyni sevirsə, onun kimi dürüst, zülmün qarşısında olsun. Əsas budur.

Normal fikirləşən adam analiz edir ki, karantin Aşura, Ramazandan öncə başlayıb, sırf onlara görə uzadılmır. Bu pandemiya bütün dünyanı ağuşuna alan bir hadisədir. Bunun hansısa müsəlman, xristian, hinduizmlə əlaqəsi olan bir məsələ deyil.

Əsas tövsiyəm insanlara həmin günlərin mahiyyətini başa düşərək yaşamalarıdır”.


XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930