Cəmİyyət

Məşhur Məmmədov vergilərin azaldılmasını, VÜQAR BAYRAMOV STARTAPLARLA BAĞLI LAYİHƏİNİN HAZIRLANMASINI TƏKLİF ETDİ

Məşhur Məmmədov vergilərin azaldılmasını, VÜQAR BAYRAMOV STARTAPLARLA BAĞLI LAYİHƏİNİN HAZIRLANMASINI TƏKLİF ETDİ
 

Azərbaycanın regionlarında vergilər azaldılmalıdır.

Sfera.az  xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, bu, baş versə, regionlarda iş yerlərinin sayının artmasına, sosial məsələlərin həllinə böyük kömək edəcək:

"Ona görə də təklif edirəm ki, Vergi Məcəlləsində bəzi müddəalara yenidən baxılsın”.


Digər deputat Vüqar Bayramov "Startaplar haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb:

"Növbəti sessiyada bu layihə hazırlanmalıdır. Bilirsiniz ki, onlarda ideya olur, vəsait olmur. Dünya iqtisadiyyatı əsasən bu sahədən gəlir əldə edir”.


 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930