No image
Cəmİyyət

Məşhur polkovnik işdən çıxarıldı - AÇIQLAMA

Məşhur polkovnik işdən çıxarıldı - AÇIQLAMA
 Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.

Sfera.az bakupost-a istinadən xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaüdə göndərilib.

2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu. 

O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb.

Nizami Qocayev "BakuPost” açıqlamasında təqaüdə göndərildiyini təsdiqlətib: "Burda nə var ki, artıq təqaüd yaşımdır”. 

Polkovnik bundan sonrakı planlarından da danışıb: "45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930