Dünya

Məşhur şəxslərin "Twitter" hesabları sındırılıb

Məşhur şəxslərin
 

ABŞ-ın sabiq Prezidenti Barak Obama, "Microsoft" və "Tesla"nın təsisçiləri Bil Geytsin və İlon Maskın, iş adamları Maykl Blumberq, "Amazon"un rəhbəri Ceff Bezosun və "Apple" şirkətinin "Twitter" hesabları sındırılıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, problemlər Bil Geytsin və İlon Maskın öz hesablarında fırıldaqçılığı təşviq edən "tweet"lərin paylaşmasından başlanıb. Başqa məşhurların və "Apple" şirkətinin hesabları isə saxta "bitcoin" cüzdanlarının ünvanlarının paylaşımlarından sonra bloklanıb.

"Sındırılmış hesablar "Twitter" tərəfindən bloklanıb və sahiblərinə hesablarına çıxışlarını yalnız etibarlı şəkildə təmin edə biləcəyimiz halda bərpa edə bilərik", - deyə "Twitter"in dəstək xidmətindən bildirilib.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31