Cəmİyyət

Məzahir Əfəndiyevin görüşləri saxtaklarlıqla başladı – TƏLƏBƏLƏRİN ÜMÜDÜNƏ QALAN NAMİZƏD

Məzahir Əfəndiyevin görüşləri saxtaklarlıqla başladı – TƏLƏBƏLƏRİN ÜMÜDÜNƏ QALAN NAMİZƏD

89 saylı Göyçay-Ağdaş seçki dairəsində seçki yarışmasında deputatlığa namizədlərdən biri saxtakarlığa əl atıb.


Sfera.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən seçki dairəsindən namizədliyi qeydə alınmış Məzahir Əfəndiyev təbliğat-təşviqat kampaniyasında əslən Göyçaydan olmayan tələbələrdən istifadə edir. Belə ki, onun görüşlərinə Göyçay İdarətmə və Texnologiya Kollecinin tələbələri gətirilir. Hansı ki həmin tələbələr nəinki 89 saylı dairənin seçiciləri, heç Göyçay rayonunun sakinləri deyil. Bundan əlavə namizədin görüşlərinə pedoqoji işçilərin cəlb edilməsi faktlıarı da var ki, bu birbaşa qanun pozuntusudur.


Məlumat üçün bildirək ki, Məzahir Əfəndiyev vaxtilə Nazirlər Kabinetində şöbə müdirinin müvini işləyib, onu bu vəzifəyə isə sabiq baş nazir Novruz Məmmədov gətirib. Bu haqda ölkə mediasında da məlumatlar paylaşılıb. Yazının sonuna əlavə edəcəyimiz linklər vasitəsilə həmin məqalələrlə də tanış ola bilərsiniz.

https://oxu.az/society/351643


http://demokrat.az/news/27968

Həmin iddialara görə, M.Əfəndiyevin Göyçaydan namizədliyini irəli sürməsi və gələcəkdə ondan "deputat” düzəldiləcəyi vədi ona Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən verilib. Ona ciddi tapşırılıb ki, son günə qədər çox sakit davransın. Yəni bu namizədlik məsələsi nə qədər xəlvəti olsa, gələcəkdə bir o qədər də yaxşı nəticələr verəcək.


M.Əfəndiyevlə bağlı maraqlı məlumatlardan biri isə onun təbliğatına Bayram Nurlunun da qoşulmasıdır. Belə ki, qalmaqallı ekstrasens özünün insaqram səhifəsində 89 saylı Göyçay-Ağdaş seçkidairəsindən deputatlığa namizəd Məzahir Əfəndiyevin fotolarını paylaşaraq, seçiciləri onlara səs verməyə çağırıb.

 





 

Orxan

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930