Cəmİyyət

Millət vəkili hərbi xidmətə yollanan gənclərlə onlayn görüş keçirdi - FOTO

Millət vəkili hərbi xidmətə yollanan gənclərlə onlayn görüş keçirdi - FOTO

Millət vəkili Şahin Seyidzadə hərbi xidmətə yollanan gənclərlə onlayn görüş keçirib.


Sfera.az xəbər verir ki, bu haqda deputatın özü məlumat verib:


"SABAH məzunları həqiqi hərbi xidmətə yollanır!

 

Mövcud pandemiya dövrünü və xüsusi karantin rejiminin şərtlərinə əsasən, 2020-ci ildə SABAH qruplarının məzunları sırasından həqiqi hərbi xidmətə yollanaraq, vətənin keşiyini müxtəlif qoşun növlərində çəkəcək gənclərlə keçirilən qeyri-formal onlayn görüşdə iştirak etdim.


SAvadlı, BAcarıqlı və Hazırlıqlı məzunlar, Azərbaycan Respublikası Milli Məclisində təmsil etdiyim Abşeron və Qobustan gəncləri timsalında, bütün Azərbaycan gənclərinə hərbi həyatda uğurlar arzulayıram! Mən inanıram ki, bütün vətənpərvər gənclərimiz hərbi nizam-intizam qaydalarına riayət edəcək, şərəf və ləyaqətlə Vətənin keşiyində layiqincə duracaqdır. Sağ-salamat!”


XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31