AKTUAL

Millət vəkili qanvermə aksiyasından yazdı - FOTO

Millət vəkili qanvermə aksiyasından yazdı - FOTO

Mllət vəkili Könül Nurullayeva rəsmi facebook səhifəsindən seçicilərinə müraciət edib.


Sfera.az qan xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyasında iştirak edən xanım deputatınmüraciətini oxucularına təqdim edir:


"Dəyərli seçicilər, dəyərli dostlar!

Heydər Əliyev Fondunun çağırışına cavab olaraq 16 may tarixində həyata keçirdiyimiz "1 DNOR 2 HƏYAT” adlı qanvermə aksiyamızın iştirakçıları ilə birgə #talassemiya və #hemofiliya, eləcə də #leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə qan vermədə iştirak etdik.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin edən bütün zəruri tədbirlər həyata keçirilmişdi.

Hər zaman olduğu kimi, xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirərək qan ehtiyacı olan insanlara dayaq oldu.

Bu işin təşkilində zəhməti olan könüllülərə və fəal şəkildə aksiyada iştirak edən donorlara bir daha dərin təşəkkürümü bildirirəm.”





 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031