No image
Cəmİyyət

Hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm! - Millət vəkilindən ÇAĞIRIŞ

Hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm! - Millət vəkilindən ÇAĞIRIŞ

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çağırışına qoşularaq xəstəlikdən əziyyət çəkən vətəndaşlara öz dəstəyimi göstərmək məqsədilə donor oldum”.


Sfera.azxəbər verir ki, bunu millət vəkili Şahin Seyidzadə bildirib.


Karantin müddətində qan donorların azlığı səbəbindən talessemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün Qan Bankında çatışmazlıqlar müşahidə olunduğunu xatırladan millət vəkili hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa dəvət edib:


"Bu prosesdə öz peşəkarlığı ilə köməklik göstərən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankının personalı başda olmaqla, xəstələrimizə dəstək olan qan donorlarına təşəkkürümü bildirərək, hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!”




XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930