İdman

Milli komandanın üzvü futbol oynayarkən öldü

Milli komandanın üzvü futbol oynayarkən öldü
 Hindistanın "Yunion Bank" və "Eyr İndia" klublarının sabiq futbolçusu Skot De Souza faciəvi şəkildə dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, 26 yaşlı oyunçu süni örtüklü meydanda dostları ilə futbol oynayarkən qəflətən yerə yıxılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını çağırılıb. Braziliya əsilli futbolçu xəstəxanaya aparılarkən yolda keçinib. Onun ölümünə infarkt səbəb olub.

Qeyd edək ki, Skott De Souza Hindistanın futzal üzrə yığmasının da formasını geyinib.
 
(report)

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031