İdman

Millimizin futbolçusunun məşq etməsinə icazə verildi

Millimizin futbolçusunun məşq etməsinə icazə verildi
 ABŞ-ın MLS və USL klubları növbəti həftədən məşqlərini bərpa edəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubunun rəsmi saytı xəbər yayıb.

Qeyd olunub ki, komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.

Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək. 

ABŞ-da yerli liqalar koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930