Sİyasət

Minsk qrupu ölkələri ilə görüşlər nə vəd edir? – Politoloq ŞƏRHİ

Minsk qrupu ölkələri ilə görüşlər nə vəd edir? – Politoloq ŞƏRHİ
Cəbhədə vəziyyət gərginləşəndən Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Minsk qrupu üzvləri arasında bir neçə görüş keçirilib.

 

 

Maraqlıdır, Moskva, ABŞ və Cenevredə baş tutan görüşlərin ölkəmiz üçün hansı nəticələri oldu? Bundan sonra Minsk qrupu həmsədir ölkələri ilə görüşdən müsbət nəticəyə ümid etmək olar?


 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Minsk qrupu üzvü olan ölkələrin danışıqların formatını dəyişdirməyə maraqlı olmadığını bildirib:


"Həmsədrlərlə olan danışıqlar çərçivəsində Azərbaycanın xeyrinə uyğun heç bir sənədin qəbulu gözlənilmir. HəHər üç dövlətin indi bir tələbi varHhhküoiüjHər üç dövlətin yeganə məqsədi odur ki, təcili olaraq hərbi faza, aktiv əməliyyatlar dayandırılsın. Bununla da Ermənistan və onun Dağlıq Qarabağdakı separatçı rejimi xilas edilsin.

 

Cenevrədə razılaşdırılmış sənəddə vasitəçi ölkələr hakim qüvvə kimi çıxış edərək hər iki tərəfdən atəşkəsin pozulması ilə bağlı verilən bir çox suallara cavab və hesabat tələb edirlər. Nədənsə bu suallar verilməmişdən öncə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması ilə bağlı sual verilmir. Baxmayaraq ki, BMT-nin bu haqda 4 qətnaməsi var. Bu məsələ o qədər riyakar vəziyyətə gəlib çatıb ki, BMT-nin Təhlüksəsizlik Şurası Qarabağda gedən hərbi əməliyyatları müzakirə edib bu 4 qətnaməmin adı çəkilməyən bəyannamə qəbul etmək istəyir. Burda atəşkəs, onun mexanizminin yaradılması və Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə edilmir. Onlar Madrid prinsiplərinə uyğun olaraq 7 rayon məsələsini müzakirə edirlər ki, bunu da demək olar biz özümüz reallaşdırmışıq”.

 

 

Politoloq vasitəçilərin danışıqlarda Türkiyənin iştirakını qətiyyətlə rədd etdiyini vurğulayıb:


"Moskvada qəbul olunan sənəd də doğru deyildi, çünki biz qalib tərəf idik. Bizə qarşı diqtə olmamalı idi. Bundan sonra da danışıqlardan nəticə gözləmək olmaz. Çünki vasitəçilər danışıqlarda Türkiyənin iştirakını qətiyyətlə rədd edir. Bu da o deməkdir ki, Minsk qrupu çərçivəsində istənilən həll variantı Azərbaycanın maraqlarına zidd olacaq”.


 

Əzizə Zeynal

Sfera.az

 

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031