Cəmİyyət

MİR televiziyası Adil Əliyevdən reportaj hazırladı - VİDEO

MİR televiziyası Adil Əliyevdən reportaj hazırladı - VİDEO
Bu günlərdə MİR televiziyası 20 saylı Nərimanov ikinci seçki dairəsindən Millət vəkilliyinə namizəd Adil Əliyevin seçiciləri ilə görüşündən reportaj təqddim edib.

Sfera.az-ın məlumatına görə, sözügedən reportajda qeyd edilib ki, Adil Əliyev namizədliyi artıq 4-cü dəfədir irəli sürülür, bu üzdən o, deputatlığın şərəfli olduğu qədər, məsuliyyətli olduğunu da çox gözəl dərk edir.
 
Seçiciləri ilə görüş zamanı Adil Əliyev bunları söyləyib:"Əsl millət vəkili olmaq üçün Vətənini bütün varlığınla sevməlisən, hər bir vətəndaşın probleminə öz problemin kimi yanaşmalısan, həmin problemləri daxilinddən keçirməlisən. Xalqının yanında olmayacaqsansa, nə bir insan kimi sənin, nə də deputatlığının heç bir dəyəri olmayacaq. Mən hər zaman şəhid ailələrinə xüsusi diqqət ayırmışam. Onlar Azərbaycanın bütövlüyü uğrunda canlarından keçiblər, bu üzdən onların doğmaları xüsusi qayğıyla əhatə olunmalıdırlar."
 
Görüşdə tanınmış idmançıların, mədəniyyət və incəsənət xadimlərinin, İkinci Dünya Müharibəsi iştirakçılarının, ziyalıların və sadə vətəndaşların iştirak etdiyi də vurğulanıb. Qeyd olunub ki, onların hamısı illərdir Adil Əliyevi xalqına , vətəninə vicdanla xidmət edən bir insan kimi tanıyır.
 
Sözügeddən süjet Adil Əliyevin çıxışından sitatla yekunlaşıb:"Hər birimiz vətənpərvər olmalıyıq. Bu günkü müstəqilliyimiz bizə çox baha başa gəlib. Müasir Azərbaycan inkişaf edən, güclü iqtisaddiyyata malik bir dövlətdir. Bizim məqsəddimiz qazandığımız nailiyyətləri qorumaqla yanaşı, dövlətimizi daha firavan və varlı etməkdir. 3 çağırış millət vəkili kimi bundan sonra da Vətənimin inkişafı, seçicilərimin rifahının yüksəldilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930