No image
İdman

Miralem Pyaniç “Barselona” ilə anlaşıb

Miralem Pyaniç “Barselona” ilə anlaşıb
 

"Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç İspaniyaya köçməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, 30 yaşlı orta sahə oyunçusu "Barselona” ilə anlaşıb.

La Liqa təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə edib. Pyaniç artıq klubların anlaşmasını gözləyir. Bu keçid qarşılığında "Barsa”nın bir oyunçusu qarşı tərəfə yollanacaq. "Yuventus” braziliyalı Artur Melonu istəsə də, nə oyunçu ayrılmaq arzusundadır, nə də klubu göndərmək fikrindədir. Pyaniçin müqabilində İtaliyaya köçməyə namizədlər İvan Rakitiç, Arturo Vidal və Nelson Semedodur.

 

Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildən "Yuventus”da çıxış edir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930