Cəmİyyət

Missiya.Az-ın Yasamalda keçirdiyi yardım aksiyası bu gün də davam edib - FOTOLAR

Missiya.Az-ın Yasamalda keçirdiyi yardım aksiyası bu gün də davam edib - FOTOLAR
 

Missiya.Az saytı Yasamal rayonu İcra Hakimiyyətilə birgə keçirdiyi sosial aksiyanın ikinci günü də uğurla başa çatıb.

Aksiya çərçivəsində koronavirus epidemiyasının yayılması şəraitində əhalinin ən riskli qrupu olan yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.

Baş tutan sosial aksiya zamanı maddi ehtiyacı olan onlarla Yasamal rayonu sakininə yardım paylanılıb. Ərzaq sovqatını minnətdarlıqla qəbul edən Yasamal sakinləri xeyirxah aksiyaya görə, öz minnətdarlığını bildiriblər.

Sakinlərə ərzaq sovqatı paylanılarkən vətəndaşlarla eyni zamanda maarifləndirici söhəbtlər də aparılıb və ölkədə tətbiq edilən karantin qaydaları təfsilatı ilə izah edilib.

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstək olmaq məramı daşıyır. Aksiya ötən gün də Yasamal rayonu ərazisində keçirilib.

YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun dəstəyi ilə təşkil edilən yardım kampaniyasının birinci mərhələsi Nizami rayonu ərazisində keçirilib.  Yardım aksiyasında ahıl və aztəminatlı ailələrə zəruri dezinfeksiya məhlulları, gigiyenik vasitələr, həmçinin ərzaq payı verilib. Qeyd edək ki, aksiya növbəti günlərdə də şəhərin müxtəlif ərazilərində davam etdiriləcək.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930