Dünya

Mixail Qorbaçov: SSRİ duruş gətirsəydi, dünya daha yaxşı olardı

Mixail Qorbaçov: SSRİ duruş gətirsəydi, dünya daha yaxşı olardı

Sovet İttifaqı bütün imtahanlardan keçib mövcudluğunu qoruya bilsəydi, hazırda dünyamız daha əmin, daha ədalətli olardı.

 

Sfera.az xəbər erir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov "The Times” nəşrinə müsahibəsində deyib.


Onun sözlərinə görə, çoxsaylı səhvlər - hakimiyyətin mərkəzsizləşdirilməsi, radikal islahatlar aparmaqdan boyun qaçırması və partiyada bu cür islahatların aparılması cəhdləri ölkəni məhv etdi:


"Əvəzində sonucda aşkarlıq, ölkəni rahat tərk etmək imkanı, söz azadlığı və çoxpartiyalı sistemi əldə etdik. Mən hələ "nüvə tərksilahı" siyasətindən danışmıram.


"Sovet İttifaqı qorunub saxlansaydı dünya necə olardı- tarix nisyə söhbətləri sevmir. Amma düşünürəm ki, dünya daha yaxşı, daha sabit, daha təhlükəsiz və daha ədalətli olardı.


Əlbəttə, biz SSRi-nin dağılmasını istəmirdik. Ammadəyişikliklər prosesini elə bir səviyyəyə gətirmişdik ki, artıq onu geriyə çevirmək mümkün olmadı.


Buna görə 1991-ci ilin avqustunda baş verən çevriliş uğursuz oldu. Hərçənd bunun çox böyük fəsadları oldu: bu prezidentə və Sovetlər Birliyinə zərbə idi. Sonra isə radikallarla separatçılar Sovet İttifaqının axırına çıxdı”,- deyə Mixail Qorbaçov bildirib.

 

 

 

Selcan

 

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031