Gündəm

“MÜMKÜN QƏDƏR EVDƏN ÇIXMAYIN” – Baş həkimdən şok MÜRACİƏT

“MÜMKÜN QƏDƏR EVDƏN ÇIXMAYIN” – Baş həkimdən şok MÜRACİƏT
 

"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır”.

Sfera.az  xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV”-yə açıqlamasında deyib.

Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930