Cəmİyyət

Modelyer "Azpetrol"u ifşa etdi - “Maşın 66 litr tutur, 83 litrin pulunu aldılar”

Modelyer
Modelyer Elnarə Bəkirova "Azpetrol” yanacaqdoldurma məntəqəsində problemlə qarşılaşıb. E.Bəkirova "Qafqazinfo”ya bildirib ki, ötən gün axşam saatlarında Nobel prospektində yerləşən sözügedən yanacaqdoldurma məntəqəsində olub: "Benzin çəni 66 litr tutur. Bunlar məndən 83 litr benzinin qiymətini alıblar. Bu gün məsələni araşdırmaq üçün yanacaqdoldurma məntəqəsinə getdim. Mənimlə çox kobud danışdılar. 40 dəqiqə gözlətdilər. Əvvəl dedilər ki, gedin işçi gələndə gələrsiniz, araşdırarıq. Daha sonra mübahisədən sonra məsələni araşdırdılar və mənə 15 manat pul qaytardılar. Halbuki 24.90 qəpik ümumi ziyan dəymişdi. Məsələnin ictimailəşməsində məqsədim sürücüləri ehtiyatlı olmağa çağırmaqdır. Yanacaqdoldurma məntəqələri sürücüləri aldadırlar. Sürücülər diqqətli olmalıdırlar”.
"Qafqazinfo” məsələylə bağlı şirkətlə əlaqə saxlayıb.

Şirkətin nümayəndəsi məsələdən xəbərdar olduqlarını bildirib. Qeyd edilib ki, araşdırma davam etdiriləcək: "Sürücü benzinini tam istifadə edib bitirdikdən sonra bizə müraciət etsin. Biz onun istəyinə uyğun seçdiyi yanacaqdoldurma mənqətəsində maşınının benzin çəninin nə qədər tutduğunu müəyyən edək”.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31