No Image
No Image

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko
Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.
 
Sfera.az xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

"Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

"Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Erməni hərbçilərin cəsədləri maşınlarda saxlanılır - Metsamorda

Ermənistanda hərbçilərin cəsədlərinin saxlanıldığı meyitxanadan çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb. Sfera.az xəbər verir ki, fotoda səyyar soyu...

Oqtay Gülalıyevi vuran sürücü həbs edildi - 2 il 3 ay

Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib. Sfera.az xəbər verir ki, bu ...

“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair

Qarabağ münaqişəsinin həll olunması nəinki Azərbaycanın, həm də regionun gələcəyini müəyyənləşdirən mühüm amildir. Qarabağda bundan sonrakı dövrdə təhükəsizliyi...

BNA sabahdan Bakıda yeni marşrut xəttlərini istifadəyə verir

Paytaxtın ictimai nəqliyyat sektorunda təhlükəsiz xidmət, eyni zamanda sərnişindaşımada kəmiyyətin artırılması baxımından qabaqcıl dünya praktikasından istif...

Azərbaycanın ən çox və ən az kredit alan RAYONLARI

Azərbaycanda verilən kreditlərin 80 faizi Bakıda ayrılıb. Sfera.az Mərkəzi Bankın 2021-ci ilin yanvarın 1-nə olan məlumatına əsasən bildirir ki, kredit təşkil...

Oqtay Şahbazovun vəzifədən azad edilməsinin SƏBƏBİ BİLİNDİ

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Nam...