Hadİsə

MTN-in sabiq polkovniki koronavirusdan öldü — FOTO

MTN-in sabiq polkovniki koronavirusdan öldü — FOTO
 Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki Hüseynqulu Məmmədov koronavirusdan ölüb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a onun qızı, jurnalist Turan Rəhimova məlumat verib.

O bildirib ki, atası ilə bərabər, özü də koronavirusa yoluxub:

"May ayının 20-də atamın hərarəti yüksəldi. Halı pisləşdi. Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə apardıq. Mövcud vəziyyətlə bağlı atamdan COVID-19-a qarşı analiz götürdülər. Nəticələr isə müsbət çıxdı.

Mən atamdan ayrı qalırdım. Təxminən dörd gün sonra - mayın 24-də də mənim halım pisləşdi, halsızlıq, hərarət, ürəkbulantı ilə xəstəxanaya müraciət etdim. Təəssüf ki, mənim COVID-19-a qarşı verdiyim analizin nəticələri müsbət çıxdı. Hər ikimizin müalicəsinə başlanıldı.
Təxminən 10 gün ərzində müalicə proseduru aparıldı. İkimizin də vəziyyəti ağır idi. Lakin 10 gün ərzində mənə atamla bağlı məlumat vermirdilər. Artıq narahat olmağa başlamışdım. Nəhayət, mənə dedilər ki, atam vəfat edib. Bu, mənə çox pis təsir etdi. Mən özüm hələ xəstəlikdən sağalmamışdım”.

T.Rəhimova onu da qeyd edib ki, müalicələrdən sonra artıq tam olaraq sağalıb:

"Harada və necə yoluxduğumuza dair heç bir məlumatımız yoxdur. Bu barədə özüm də məlumatlar yazırdım, gündəmi izləyirdim. Karantin rejimi çərçivəsində bütün qaydalara riayət edirdik.

Təəssüf ki, bu hadisə yaşandı. Atamı dəfn etdik. Mən isə tam olaraq sağaldım, vəziyyətim yaxşıdır. Evdə də xəstəliyin inkubasiya dövrünü nəzərə alaraq, 14 gün ətrafdakı insanlarla əlaqə saxlamamağa çalışıram”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031