Müdafiə Nazirliyi məlumat yaydı: "Əks-hücum əməliyyatları zamanı..."

Müdafiə Nazirliyi məlumat yaydı:
Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir. Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır", - deyə Nazirlikdən bildirilib.
 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031