Maqazİn

Murat Boz və Aslı Enver ayrıldılar - VİDEO/FOTO

Murat Boz və Aslı Enver ayrıldılar - VİDEO/FOTO

Türkiyənin tanınmış müğənnisi Murat Boz və aktrisa Aslı Anver ayrılıb. Cütlük 10 gün öncə gizli şəkildə ayrılıb.

Aslı Enver Murat Bozla birlikdə yaşadıqları evi tərk edib. Aktrisanın hazırda öz evində yaşadığı və ayrılıq səbəbindən istirahətə getdiyi bildirilir.

Dörd ildir birlikdə olan cütlüyün yaxın zamanlarda evlənməyə hazırlaşdıqları gözlənilirdi. Onların ayrılıq səbəbi də açıqlanıb. Məlumata görə, Murat Boz Aslı Enverə evlilik söz veribmiş. Çəkildiyi serialın finalından sonra birlikdə tətilə gedən cütlük hər mövzuda danışsalar da, evllilik məsələsində qərarlaşa bilməyiblər. Belə ki, Aslı Enver evlənib, uşaq dünyaya gətirməyi istəsə də, Murat Boz bu fikirdən yayınmağa çalışıb. Ailə quracağı fikri ilə bütün iş təkliflərini rədd edən Aslı Enver müğənninin bu qərarsızlığından bezib və ayrılmaq qərarına gəlib. 

Cütlük ayrılıqla bağlı xəbərləri təkzib etməyib. Qeyd edək ki, 2015-ci ildən birlikdə olan Muratla Aslı tez-tez küsüb-barışan cütlüklərdəndir. İki il birlikdə olandan sonra 2018-ci ildə ayrılan cütlük 7 ay sonra barışmışdı. Ayrılığın səbəbi Murat Bozun aktrisaya xəyanət etməsi idi.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930